Haqqımızda

Çinar Park Biznes Mərkəzi sahəsinə və konseptinə görə Azərbaycan Respublikasının ən geniş və fərqli biznes mərkəzlərindən biridir. 2006 -ci ildən fəaliyyət göstərən Biznes Mərkəzi konsept olaraq kiçik şəhərcik üslubunda inşa edilmişdir və burada müştərilərin rahatçılığı üçün bir neçə restoranlar, Coffee Shop-lar, marketlər, bankomatlar, ödəmə terminalları, müasir dövrün tələbinə uyğun olaraq avtomobillər üçün elektrik şarj aparatları, skuterlər və velosipedlər üçün ayrıca dayanacaq yerləri, avtoyuma yeri, fərdi fəaliyyət üçün Çinar Colab, konfrans zalları fəaliyyət göstərməkdədir. Müştərilərin asudə vaxtlarını rahat və xoş keçirtmələri üçün Biznes Mərkəzi daxilində bir neçə istirahət güşələri və parklar mövcuddur. Çinar Park Biznes Mərkəzi Respublika üzrə ən geniş yeraltı və yerüstü parklanma sahəsinə sahibdir. Ümumilikdə 7 binadan ibarət olan Çinar Park Biznes Mərkəzində 400 -ə yaxın yerli və xarici şirkətlər, həmçinin müxtəlif dövlət qurumları fəaliyyət göstərir.

Loading...
Biznes mərkəzi haqqında

İnnovativ Biznes mərkəzi

Çinar Park Azərbaycanın ən böyük biznes mərkəzidir. 3 hektar ərazidə 1 plaza, 1 premium, 5 standart formatda olan 7 qeyri yaşayış təyinatlı bina ilə müştərilərə xidmət göstərir.Biznes mərkəzdə müxtəlif ölüçülü , hər bir biznes təyinatına uğun konseptdə ofislər icarəyə verilir.

Image

Texniki Parametrlər

Fəaliyyətdə olan bütün binalar xüsusi texniki parametrlərə cavab verir, həmçinin təkrar inşaat və təmir prosesi standartlar əsasında təmin olunur.Bütün təhlükəsizlik tədbirləri, ofis üçün zəruri və mütləq lazım olan hər bir detal fəaliyyətdə olan binaların hər bir mərtəbəsində həmçinin mərtəbələr üzrə olan hər bir ofis otaqlarında lazımi texniki şərtlərə əsaslanır.

Image
4

Biznes Mərkəzi

"Çinar Park Biznes Mərkəzi" rahat biznes şəraitlərini təmin edəcək çoxsaylı xidmətlərin təqdim olunması, bununla bağlı yaranacaq bütün məsələlərin operativ və keyfiyyətli həll olunması üçün istənilən lazımi texniki və inzibati resurslara malikdir. Peşəkar kollektiv və müasir texniki baza hesabına əmlak kompleksinin idarə olunması ilə bağlı bütün məsələləri öz üzərimizə götürərək, iş həyatınızda bütün fikrinizi biznesinizə cəmləşdirmək üçün əlverişli və rahat şərait yaradırıq.

Ünvan

Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə.

Email

info@chinarpark.az

+994 50 234 40 63

+994 12 310 15 88

© 2024 Chinarpark. Site byWebline